0
Wednesday 11 April 2018 - 21:49

BMT baş katibi: Suriyada vəziyyəti nəzarətdən çıxmağa qoymayın!

Story Code : 717534
BMT baş katibi: Suriyada vəziyyəti nəzarətdən çıxmağa qoymayın!
Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının beş daimi üzvünün səfirləri ilə telefon bağlantısında Suriyada durumla bağlı narahatlığını ifadə edib. O, Rusiya, Amerika, Fransa, İngiltərə və Çin səfirlərinə Suriyada vəziyyətin dalana dirəndiyini və buna görə çox narahat olduğunu bildirib.

Antonio Quterreş deyib: Suriyada vəziyyətin nəzarətdən çıxmasına yol verməmək şərti ilə problemi həll etmək lazımdır. Suriya xalqının həyatını qorumaq üzərində təmərküzləşməliyik.

Yada salaq ki, Amerika və qərb dövlətləri heç bir sübut göstərmədən Suriya dövlətini Duma şəhərinə kimyəvi hücumda ittiham edib. Təbii ki, bu ittiham Suriyaya hücum üçün bir bəhanədir. Bu hücum baş verərsə Rusiya da cavab tədbirləri görəcək. Bu qarşıdurma regiondakı bohranı daha da ağırlaşdıra bilər.
Source : Islamtimes
Comment