QR CodeQR Code

SEPAH-dan hücum açıqlaması: ABŞ nəticəni görəcək!

Nur-az.com , 15 Apr 2018 12:23

İslamtimes - ABŞ həyata keçirdiyi hücumun nəticələrini gözləsin!


Bu sözləri İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) komandanının siyasi məsələlər üzrə müavini Yədullah Cavani deyib.

“Sözügedən hücumla prosesdə dəyişiklik olmayacaq, ancaq vəziyyət daha qarışıq bir şəklə düşəcəkdir. Bu qarışıq vəziyyət isə ABŞ-ın zərərinədir. ABŞ Suriyada həyata keçirdiyi hücumun bundan sonra bölgədə meydana gətirəcəyi nəticələrin səbəbkarıdır. Bu nəticələr heç şübhəsiz ABŞ-ın mənfəətləri çərçivəsində olmayacaqdır. Bu cür qərarlarla müqavimət cəbhəsi əsla gücünü itirməyəcək, tam əksinə, güclənəcək. Beləliklə, müqavimət cəbhəsinin bu cür müdaxilələrə qarşı mübarizə aparmaq imkanları artacaq”, - Cavani deyib.


Story Code: 718076

News Link :
https://www.islamtimes.org/az/news/718076/sepah-dan-hücum-açıqlaması-abş-nəticəni-görəcək

Islam Times
  https://www.islamtimes.org