QR CodeQR Code

“Xarici qüvvələr, Bəhreyndən dərhal çəkilməlidirlər!”

islamtimes , 14 May 2011 19:02

Translator :

Islamtimes - İran İslam Respublikasının Xarici İşlər Naziri Salehi, İraqın baş naziri Əl Maliki ilə keçirdiyi görüşdə Bəhreyndəki xarici hərbi qüvvələrin dərhal ölkəni tərk etmələrini tələb etmələrini dilə gətirərək , Bəhreynin problemləri baxımından ən uyğun üsulun xalqın tələblərinə uyğun gələn müzakirələr olduğunu bildiriblər.


islamtimes.org/az/ - “Bağdad” xəbər agentliyinin verdiyi məlumata görə dünən Bağdada gedən Əli Əkbər Salehi, İraq Baş naziri Nuri Əl- Maliki ilə bu gün görüşüb və Bəhreyndəki hadisələrə diqqəti cəlb edərək Bəhreyn problemi üçün həllin hərb olmadığını, Bəhreyn xalqının tələblərinin sülhsevər və demokratik üsullarla ələ alınıb ən uyğun üsulun seçilməsi lazım olduğunu söylədi.

Salehi, ölkədəki xarici hərbi qüvvələrin və xalqa qarşı sərgilənən mövqeyin bu ölkə üçün uyğun olmadığını deyərək, xarici qüvvələrin problemin həllinə kömək etmədiyini, əksinə vəziyyəti daha kompleks hala gətirdiyini ifadə etdi.

Əl Maliki, problemlərin həlli mövzusunda dialoq və görüşlərin əhəmiyyətinə diqqət çəkərək xalqın qanuni istəkləri mövzusuna toxundu.

Əl Maliki əlavə olaraq Bəhreyn xalqının tələblərinin bölgədəki digər ölkə xalqlarının tələbləri kimi tamamilə sülhsevər olduğunu və bunları şiə-sünni məsələsinə çevirmə səylərinə etiraz etdiyini dilə gətirdi. Mövcud müddətin yaxşı idarə olunmaması halında naməlum və xoşa gəlməyən vəziyyətlərin ortaya çıxa biləcəyini də sözlərinə əlavə etdi.

İraqın baş naziri sərhəd xəttləri təyin etmə və ətraf sahələrdə əməkdaşlıq və İraqın yenidən qurulmasına kömək mövzusunda İranın quruluşçu rolunun təqdirlə qarşılandığını bildirdi.

Bunuda əlavə etmək yerinə düşər ki, Sədr Hərəkatı lideri Müqtəda Sədr, dünən Riyadda toplanan Körfəz Ölkələri Əməkdaşlıq Şurasına məktub yazdı.

Məktubuna Hucurat Surəsinin 10-cu ayəsiylə " Həqiqətən, möminlər (dində) qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, (əvvəlki günahlarınız bağışlanıb) rəhm olunasınız!" başlayan Müqtəda Sədr, Körfəz Ölkələri Əməkdaşlıq Şurasının bölgədə sülhün bərqərar olunması üçün çalışdığını vurğulayıb.


Story Code: 71864

News Link :
https://www.islamtimes.org/az/news/71864/xarici-qüvvələr-bəhreyndən-dərhal-çəkilməlidirlər

Islam Times
  https://www.islamtimes.org