0
Thursday 19 April 2018 - 18:30

İsrailin təhlükəsizlik şurasının sabiq sədri: İsrail-İran müharibəsi qaçılmazdır

Story Code : 719093
İsrailin təhlükəsizlik şurasının sabiq sədri: İsrail-İran müharibəsi qaçılmazdır
İslamazeri.com İsrail mediasına istinadən xəbər verir ki,İsrailin təhlükəsizlik şurasının sabiq sədri ehtiyatda olan general-mayor Yaakov Amidror İsrailin İranla müharibəyə başlama ehtimalının yüksək oolduğunu bildirib. Ynet-in suallarını cavablandıran Amidror deyib: "İsrailin birbaşa İranla döyüşə girməsi qaçılmazdır. Ola bilsin bu müharibə çox ağır nəticələrə; çox sayda insan tələfatına səbəb olusun".

İsrailin təhlükəsizlik şurasının sabiq sədri bildirib ki, İsrailin Livan "Hizbullah"ı kimi çox güclü və nizamintizamlı daha bir ordunun Suriyada yaradılmasına imkan verməyəcək.

"Əgər iranlılar Suriyada hərbi şəbəkələrini yaradaraq genişləndirməkdə davam edəcəklərsə, gec-ya tez İsrail İran ilə birbaşa silahl toqquşmaya girəcək. Bu çox çətin bir məsələ olan, hər iki ölkə üçün ağır nəticələr doğuracaq; çox sayda insan tələfatı ilə nəticələnəcək", -deyə Amidror əlavə edib.

Sabiq generalın sözlərinə görə, "Hizbullah"ın Suriyadakı bənzəri İsrail üçün böyük təhlükə yaradacaq: "Əgər Suriyada İsrail düşmənlərinin əlində bu qədər (Livandakı silahlar qədər) silah olarsa, raketlər İsrailin bütün şəhərlərinə tuşlana biləcək və İranın bir istəyilə raket hücumları reallaşacaq."
Source : İslamazeri
Comment