QR CodeQR Code

Rusiya Baş Qərargah rəisi və NATO-nun Avropada Birləşmiş Hərbi Qüvvələr baş komandanının Bakıda görüşü keçirilib

Deyerler , 19 Apr 2018 18:38

İslamtimes - Rusiya Müdafiə Nazirliyi ölkə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov və NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin baş komandanı Kertis Skaparottinin Bakıda keçirilən görüşü barədə məlumat yayıb.


Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, Gerasimov və Skaparotti NATO və Rusiyanın Avropa regionunda hərbi fəaliyyətini, etimad tədbirlərinin artırılmasını və insidentlərin qarşısının alınmasını müzakirə ediblər.

Suriyadakı vəziyyət barədə fikir mübadiləsi aparılıb, beynəlxalq terrorçuluğa qarşı mübarizədə əməkdaşlığın vacibliyi qeyd olunub.


Story Code: 719102

News Link :
https://www.islamtimes.org/az/news/719102/rusiya-baş-qərargah-rəisi-və-nato-nun-avropada-birləşmiş-hərbi-qüvvələr-baş-komandanının-bakıda-görüşü-keçirilib

Islam Times
  https://www.islamtimes.org