QR CodeQR Code

Bəhreyndə Ali Xəlifə rejimi 24 nəfəri həbs edib vətəndaşlıqlarını ləğv etdi

Deyerler , 19 Apr 2018 19:36

İslamtimes - Terrorizmlə bağlı ittihamlarla təqsirləndirilən 24 Bəhreyn vətəndaşının geniş məhkəmə istintaqı prosesi bu həftə yekunlaşıb.


Deyerler.org LualuaTv-yə istinadən xəbər verir ki, Manama Ali Məhkəməsi 10 müttəhimi ömürlük həbs cəzasına məhkum edib və qalan 14 müttəhim isə 3-10 il arasında dəyişən həbs qərarları ilə cəzalandırılıb. Bundan başqa müttəhimlərin hamısının Bəhreyn vətəndaşlığı ləğv edilib.

Ali Xəlifə rejimi son illər demokratik islahatlar tələb edən bəhreynli fəalları terrorizm ittihamları ilə həbs edir. Həbs edilənlərin bir çoxu xarici qüvvələrlə əlaqə qurmaqda və millətinə xəyanət etməkdə ittiham olunurlar.

İnsan Haqları üzrə Bəhreyn Forumu (BFHR) mart ayı ərzində mart ayı ərzində ölkədə 1668 insan haqları pozuntularını sənədləşdirib. Bununla ilin əvvəlindən etibarən qeydə alınan pozuntuların ümumi sayı 3539-a yüksəlib.

BFHR-nin məlumatına görə, ötən aylarla müqayisədə insan haqları pozuntuları mart ayında daha çox qeydə alınıb. Bura özbaşına həbslər, işgəncə və dinc etirazlara qarşı hücumlar aiddir.

Aprelin 18-i dərc olunan hesabatda, Bəhreyn məhkəmələrinin mart ayında müttəhimlərə qarşı 599 il həbs cəzası verdiyi də qeyd olunub.



Bundan başqa, Ali Xəlifə rejiminin təhlükəsizlik qüvvələri ötən ay 152 qanunsuz ev basqını həyata keçirmiş və 86 dinc anti-rejim aksiyasına hücum etmişdir. Mart ayında 315 nəfərin də özbaşına həbs edildiyi qeyd olunub.


Story Code: 719113

News Link :
https://www.islamtimes.org/az/news/719113/bəhreyndə-ali-xəlifə-rejimi-24-nəfəri-həbs-edib-vətəndaşlıqlarını-ləğv-etdi

Islam Times
  https://www.islamtimes.org