QR CodeQR Code

Qəzzada toqquşmalar nəticəsində 4 fələstinli ölüb, 445-i xəsarət alıb

Apa , 20 Apr 2018 23:36

Islamtimes - Bu gün Qəzza zolağında İsrail rejimi hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 4 nəfər ölüb, 445-i xəsarət alıb.


APA-nın xəbərinə görə, bu barədə AP agentliyi Fələstin Səhiyyə nazirliyinə istinadən xəbər verib.
Məlumata görə, ölənlərdən biri 15 yaşlı yeniyetmədir. Yaralılardan 96 nəfər güllə yarası alıb.

Qeyd edək ki, martın 30-dan etibarən Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.


Story Code: 719380

News Link :
https://www.islamtimes.org/az/news/719380/qəzzada-toqquşmalar-nəticəsində-4-fələstinli-ölüb-445-i-xəsarət-alıb

Islam Times
  https://www.islamtimes.org