0
Sunday 22 April 2018 - 16:32

Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb

Story Code : 719733
Ərdoğan ABŞ-ı Suriyada Türkiyə üçün əsas təhlükə adlandırıb
Suriyada Türkiyə üçün təhlükə ilk növbədə onun strateji tərəfdaşlarından gəlir.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NTV telekanalının efirində deyib.

"ABŞ Suriyanın şimalına silahla dolu 5 min yük maşını göndərib. Biz ABŞ-dan pulnan silah ala bilmirik, lakin onlar və koalisiya qüvvələri terrorçu qrupları bu silah-sursatı pulsuz təmin edə bilirlər. O zaman təhlükə haradan gəlmiş olur? İlk növbədə strateji tərəfdaşlarımızdan", - deyə Türkiyə lideri bildirib.
Source : Islamazeri
Comment