0
Tuesday 24 April 2018 - 18:01

Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq

Story Code : 720235
Şəmxani: Qərb İranın qırmızı xəttini keçərsə uduzacaq
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani ABŞ və Qərbin İranla bağlı apardığı siyasəti tənqid edib.

"Əgər Avropa strateji səhvə yol verərək Amerikanın bac almasına təslim olaraq, Tramp razı qalsın deyə İranın qırmızı xəttinə girərsə heç şübhəsiz bu prossesin əsas uduzan tərəfi olacaq.", -deyə Əli Şəmxani bildirib.

Kontur Admiral Əli Şəmxani bu gün Tehranda etdiyi çıxışında Fransa Prezidenti Emanuel Makron və Almaniya Kansleri Angela Merkelin Amerikaya səfərlərinə toxunaraq deyib: "Əhatəli Müştərək Təşəbbüs Proqramı bütöv bir razılaşmadır və onda hərhansı dəyişiklik yaxud, öhdəliklərin icra edilməməsi, onun dağılması deməkdir və ƏMTP-nın məhv olması ilə fərqi yoxdur".

Şəmxani İranın nüvə fəaliyyətinə toxunaraq "İran İslam Respublikasının sülhməramlı nüvə sənayesi tamamilə yerli sənaye olaraq daxili elm və texnologiyaya sövkənir buna görə də bu sahədə yeniliklərdən faydalanmağa imkan yaradır", -deyə əlavə edib.

İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi bildirib ki, İran İslam Respublikası regional stabilliyin yaranması və təkfirçi terrorizm ilə mübarizəyə gözə çarpacaq xərclər ödəyib buna görə də, Amerika, sionist rejim və onların bəzi regional müttəfiqlərinin destabilləşdirici hərəkətlərinə etinasız qala bilməz.

Şəmxani Yəmən "Ənsarullah" hərəkatının ikinci şəxsi, Yəmən Ali Siyasi Şurasının sədri Saleh Səmədin Səudiyyə tərəfindən qətlə yetirilməsini tənqid edərək, Yəmən xalqına başsağlığı verib.

"Yəmən Ali Siyasi Şurasının sədri Saleh Səmədin pak qanı Yəmən xalqının apardığı mübarizənin haqlı olduğunu, məzlumluğunu və Səud rəsmilərinin iddialarının yalan olmasının sübutudur", -deyə qeyd edib.

İsrailə qarşı təhdid dolu fikirlər səsləndirən İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Kontr-Admiral Əli Şəmxani "Sionist rejim qorxu yaratmaq üçün quldurcasına tamaşaların icrası dövrünün sona çatmış olduğunu başa düşməyibsə bu anlamazlığın xərcini ödəməlidir.", -deyə sonda qeyd edib.
Source : Islamazeri
Comment