QR CodeQR Code

Rusiya: “Suriya məsələsində ABŞ ilə dialoqa hazırıq”

Deyerler , 24 Apr 2018 18:43

Islamtimes - Rusiya və ABŞ-ın müdafiə nazirlikləri arasında danışıqların davam etdiyini söyləyən Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov, Suriya məsələsində Vaşinqton ilə dialoqa hazır olduqlarını bildirib.


Deyerler.org RİAN-a istinadən xəbər verir ki, M.Boqdanov aprelin 24-ü keçirdiyi mətbuat brifinqində belə deyib: “Çatışmazlıqlarla bağlı danışıqlar, ümumiyyətlə müdafiə nazirliklərimiz arasında davam edir. Biz əlbəttə ki, dialoqa və fikir mübadiləsinə hazırıq”.

Dialoqda BMT Təhlükəsizlik Şurasının 2254 və 2401 saylı qərarlarının əsas götürülməli olduğunu vurğulayan M.Boqdanov, belə deyib: “Suriyanın müstəqilliyi və ərazi bütövlüyü kimi çox mühüm prinsipləri ehtiva edən bu qərarların dəqiq bir şəkildə həyata keçirilməsi üçün, əlbəttə hər kəsin təsdiq etdiyi bazaya ehtiyac var. Bu məsələdə əməkdaşlığa hazırıq”.


Story Code: 720249

News Link :
https://www.islamtimes.org/az/news/720249/rusiya-suriya-məsələsində-abş-ilə-dialoqa-hazırıq

Islam Times
  https://www.islamtimes.org