0
Tuesday 24 April 2018 - 18:43

Rusiya: “Suriya məsələsində ABŞ ilə dialoqa hazırıq”

Story Code : 720249
Rusiya: “Suriya məsələsində ABŞ ilə dialoqa hazırıq”
Deyerler.org RİAN-a istinadən xəbər verir ki, M.Boqdanov aprelin 24-ü keçirdiyi mətbuat brifinqində belə deyib: “Çatışmazlıqlarla bağlı danışıqlar, ümumiyyətlə müdafiə nazirliklərimiz arasında davam edir. Biz əlbəttə ki, dialoqa və fikir mübadiləsinə hazırıq”.

Dialoqda BMT Təhlükəsizlik Şurasının 2254 və 2401 saylı qərarlarının əsas götürülməli olduğunu vurğulayan M.Boqdanov, belə deyib: “Suriyanın müstəqilliyi və ərazi bütövlüyü kimi çox mühüm prinsipləri ehtiva edən bu qərarların dəqiq bir şəkildə həyata keçirilməsi üçün, əlbəttə hər kəsin təsdiq etdiyi bazaya ehtiyac var. Bu məsələdə əməkdaşlığa hazırıq”.
Source : Deyerler
Comment