QR CodeQR Code

Yəmən HHQ-nin komandiri: “Əs-Samada qarşı cinayətinin arxasında ABŞ dayanıb”

Deyerler , 27 Apr 2018 23:34

Islamtimes - Yəmənin Hərbi Hava Qüvvələrinin komandiri general-mayor İbrahim Əl-Şami aprelin 19-u Yəmənin Ali Siyasi Şurasının sabiq sədri Saleh Əs-Samadın Hudeyda əyalətində öldürülməsi cinayətinin arxasında ABŞ-ın dayandığını bildirib.


Deyerler.org-un verdiyi xəbərə görə, general-mayor Əl-Şami Əl-Məsirə televiziyasına açıqlamasında belə deyib: “Saleh Əs-Samadı öldürən təyyarə ABŞ-ın MQ-9 Reaper pilotsuz döyüş təyyarəsidir. Bu cinayətdə amerikalıların dəqiq fərqlənmiş cəhətləri əks olunub”.

Yəmənin Hərbi hava Qüvvələrinin komandiri Amerikanın bu cür əməliyyatları planlaşdırdığını və həyata keçirdiyini açıqlayaraq, bütün bunların Səudiyyə rejiminin imkanlarının məhdud olduğunu göstərdiyini deyib.

General-mayor İbrahim Əl-Şami bu cinayətlərə görə, Səudiyyə rejiminin koalisiyasına və ABŞ-a yerində və vaxtında cavab veriləcəyinə and içib.


Story Code: 720942

News Link :
https://www.islamtimes.org/az/news/720942/yəmən-hhq-nin-komandiri-əs-samada-qarşı-cinayətinin-arxasında-abş-dayanıb

Islam Times
  https://www.islamtimes.org