0
Tuesday 1 May 2018 - 17:36

İraq: "ABŞ İŞİD liderlərini edam etməyə imkan vermir"

Story Code : 721741
İraq: "ABŞ İŞİD liderlərini edam etməyə imkan vermir"
FaktXeber.com-un ərəb mediasına istinadla verdiyi məlumata görə, bu barədə İraq Parlamentinin üzvü Muhəmməd əl-Seyhud deyib.

"Vaşinqton İŞİD terror təşkilatının İraq həbsxanalarında olan yüzlərlə üzvü ilə bağlı qərar verən şəxslərə qarşı təzyiqlər göstərir və edam hökmünün verilməsinə maneələr törədir", - deyə parlamentarii bildirib.

Onun sözlərinə görə, İraq həbsxanalarında olan İŞİD liderlərinin əksəriyyətinə edam hökmü verilib.

Terrorbaşıların çoxu şəhərlər azad edilərkən saxlanılıblar.

Xatırladaq ki, bundan əvvəl Ədliyyə Nazirliyi 13 terrorçuya qarşı ölüm hökmünün icra edildiyini bildirmişdi. İŞİD-ə qoşulan 6 türk qadın da edam edilmişdi.
Source : Faktxeber
Comment