QR CodeQR Code

Londonda silahlı insident nəticəsində ölən və yaralanan var

Islamazeri , 3 May 2018 00:57

İslamtimes - Londonun şimal-qərbində baş vermiş atışma nəticəsində bir nəfər ölüb, daha biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.


Londonun şimal-qərbində baş vermiş atışma nəticəsində bir nəfər ölüb, daha biri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə paytaxt polisinin bəyanatında deyilir.

Bəyanata əsasən, polis əməkdaşları çərşənbə axşamı gecə çağırıldıqları Kamberland-roudda ölümcül yaralanmış 30 yaşlı kişi aşkar ediblər. Bir müddət sonra o, hadisə yerində ölüb. 20 yaşlı ikinci şəxs Londonun şimalında xəstəxanaya çatdırılıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Skotland-Yard baş verən hadisəni qətl kimi qiymətləndirib. Hazırda araşdırma aparılır.


Story Code: 722033

News Link :
https://www.islamtimes.org/az/news/722033/londonda-silahlı-insident-nəticəsində-ölən-və-yaralanan-var

Islam Times
  https://www.islamtimes.org