QR CodeQR Code

İranın raket proqramı müzakirəyə qapalıdır - Tehran

Nur.az.com , 5 May 2018 16:08

Islamtimes - ABŞ-ın nüvə razılaşmasından çıxmasına hazırlıq olaraq bütün tədbirlərimizi görmüşük.


Bunu “Tasnim” agentliyinə açıqlamasında İran parlamentinin Xarici Siyasət Komissiyasının üzvü Seyid Hüseyn Nəqəvi Hüseyni deyib. Onun sözlərinə görə, məhz Qərb İranla imzalanan nüvə razılaşmasının öhdəliklərinə əməl etməyib:

“ABŞ Avropaya təzyiq edərək onlara məntiqsiz istəklərini diktə etməyə və raket proqramı bəhanəsi ilə ölkəmizə qarşı yeni sanksiyalar tətbiq etməyə çalışır. Avropalılar ABŞ-ı razılaşmadan çıxmağa qoymamaq üçün Tehrana vədlər verirlər, amma biz bu siyasəti qəbul etmirik. İranın müdafiə və raket proqramı müzakirəyə qapalıdır”.


Story Code: 722601

News Link :
https://www.islamtimes.org/az/news/722601/iranın-raket-proqramı-müzakirəyə-qapalıdır-tehran

Islam Times
  https://www.islamtimes.org