0
Saturday 5 May 2018 - 17:09

Səudiyyə rejiminin Livan seçkilərinə müdaxiləsi ifşa oldu

Story Code : 722617
Səudiyyə rejiminin Livan seçkilərinə müdaxiləsi ifşa oldu
Deyerler.org Təsnim-ə istinadən xəbər verir ki, Səudiyyə rejimi Əl-Mustakbəl hərəkatı və 14 mart-a bağlı qrupları aşkar şəkildə dəstəkləyir.

Səudiyyə rejiminin Xarici İşlər Nazirliyinə aid olan və çox məxfi adlandırılan bu sənədə Səudiyyə rejiminin xarici işlər naziri Adil Əl-Cubeyr imza atıb.

Bu məxfi sənəddə Səudiyyə rejiminin Beyrutdakı müvəqqəti işlər vəkili Vəlid Muxtarın, kralın göstərişi çərçivəsində Xarici İşlər Nazirliyinin xahişi ilə Əl-Mustakbəl və Samir Cacanın rəhbərlik etdiyi Əl-Kuvat Partiyasının siyahılarına, yeni qurulacaq Livan parlamentində ilk fürsətdə suriyalı qaçqınların Livan torpaqlarında yerləşməsi barədə qərar qəbul edilməsi və demoqrafik dəyişiklik məqsədilə Bəqaa bölgəsi başda olmaqla Hizbullaha təzyiq faktorunun yaradılması və aşağıdakı 3 hədəfin reallaşması üçün parlament seçkilərində lazım olan dəstəyin verilməsi tələb olunur.

Həmin 3 hədəf bunlardır:

1: Hizbullahın xalq dayağı olduğu bölgələrdəki fəaliyyətinin zəiflədilməsi
2: Hizbullah ilə xalq dayağı arasında məsafə yaradılması
3: Bu bölgənin (Bəqaa) Hizbullahın nüfuz yeri olmaqdan çıxarılması.
Source : Deyerler
Comment