0
Friday 4 May 2018 - 17:41

İŞİD türk dövlətini hədələdi: Paytaxtınızda qan axıdacağıq!

Story Code : 722624
İŞİD türk dövlətini hədələdi: Paytaxtınızda qan axıdacağıq!
İslamazeri.com-un "Islam Today"-ə istinadən verdiyi xəbərə əsasən, İŞİD terror təşkilatı yeni video çarxını yayıb. Sözügedən videoda terrorçular Qırğızıstanın paytaxtı Bişkekdə "qan tökəcəklərini" vəd edirlər.

Kadrlardakı şəxs bildirir ki, "hərbi əməliyyatlar" yaxın günlərdə başlayacaq.

"Hazırda Bişkekdə baş verənlər - bunlar, bu həftə başlayacaq həqiqi hərbi əməliyyatlara hazırlıqdır.", - deyə terrorçu deyir.

Terrorçu deyir ki, əgər Qırğızıstan rəhbərliyi Mukaram Toktoqulovanı azad etməsə, döyüş başlayacaq. Qeyd edək ki, Toktoqulova bu yaxınlarda ekstremizmin təbliğində şübhəli bilinərək həbs edilib.

"Biz Bişkek rəhbərliyinə ultimatum veririk. Ya siz maneəsiz şəkildə bizim bacımız Mukaramı şəhərdən buraxırsınız, ya da Bişkekdə çox qan töküləcək. Sizin polisiniz binaları minalardan təmizləməyə macal tapmayacaq.", - deyə terrorçu əlavə edib.

Hazırda hüquq-mühafizə orqanları videodakı şəxsin kimliyini müəyyən edir.
Source : İslamazeri
Comment