QR CodeQR Code

Müsavat Partiyasının təşkilat sədri 5 il həbsə məhkum edilib

İslamazeri , 5 May 2018 17:50

İslamtimes - Mayın 4-də Şirvan şəhər Məhkəməsi Müsavat Partiyasının Şirvan şəhər Təşkilatının sədri Əlikram Xurşudovu 5 il həbsə məhkum edib.


Mayın 4-də Şirvan şəhər Məhkəməsi Müsavat Partiyasının Şirvan şəhər Təşkilatının sədri Əlikram Xurşudovu 5 il həbsə məhkum edib. Bu barədə Müsavat Partiyası məlumat yayıb.

Əlikram Xurşudov 2017-ci il noyabrın 22-də polis tərəfindən saxlanılıb. O Cinayət Məcəlləsinin 221.2.2 və 221.2.3 maddələri ilə (xuliqanlıq) ittiham olunur.

Müsavat Partiyasının bəyanatında deyilir ki, Əlikram Xurşidov müxalifətçilərə qarşı ənənəvi olaraq irəli sürülən “xuliqanlıq”da təqsirləndirilib.

“Ona qarşı yazılan “şikayət ərizəsi” təşkil olunmuş şərləmədir. Əlikram Xurşidov alicənab, mədəni, halal zəhməti ilə dolanan bir insan olaraq yaşadığı bölgədə böyük hörmət sahibidir. Əlikram Xurşidov əqidəli müsavatçı olaraq Azərbaycanda və yaşadığı Şirvan şəhərində baş verən qanunsuzluqlarla əlaqədar daim barışmaz mövqe tutub, son dövrdə isə sosial şəbəkələrdə Şirvan rayon İcra Hakimiyəti başçısının qanunsuz metlax biznesi, bölgədəki korrupsiya, eləcə də büdcə təşkilatlarında çalışanların inzibati üsullarla YAP-a üzv qəbul etdirilməsi haqqında xəbərlər paylaşıb. Müsavatın yerli təşkilatının toplantıları da Əlikram Xurşidovun mənzilində keçirilirdi. Əlikram Xurşidovun həbsinin motivi məhz bunlardır”, sənəddə qeyd edilir.

Müsavat Partiyası Əlikram Xurşidovun dərhal azad edilməsini, ona qarşı açılan cinayət işinin xətm olunmasını və Azərbaycanda davam edən repressiya siyasətinin durdurulmasını tələb edir.


Story Code: 722630

News Link :
https://www.islamtimes.org/az/news/722630/müsavat-partiyasının-təşkilat-sədri-5-il-həbsə-məhkum-edilib

Islam Times
  https://www.islamtimes.org