QR CodeQR Code

İraq Suriyaya ordu yeritdi – İŞİD-ə qarşı əməliyyat

Nur-az.com , 7 May 2018 18:31

İslamtimes - İraq ordusu İŞİD terrorçularına qarşı hərbi əməliyyatlara başlayıb.


Bu barədə İraqın Baş naziri Heydər əl-İbadi açıqlama verib. Nazir açıqlamasında əməliyyat əmrini Hərbi Hava Qüvvələrinə özünün verdiyini deyib.

Əməliyyatlar nəticəsində İŞİD-in Suriyanın şimal-şərq bölgəsindəki mövqeləri bombardman edilib. Son bir ayda Hasekedə keçirilən ikinci əməliyyat barədə İŞİD-in qərargahının hədəf alınmasından başqa heç bir məlumat verilmir.

Qeyd edək ki, İraq ordusunun aprelin 19-da keçirdiyi əməliyyat zamanı 36 İŞİD üzvünün məhv edildiyi açıqlanmışdı.


Story Code: 722903

News Link :
https://www.islamtimes.org/az/news/722903/iraq-suriyaya-ordu-yeritdi-işid-ə-qarşı-əməliyyat

Islam Times
  https://www.islamtimes.org