0
Monday 7 May 2018 - 18:36

Seyid Elman Ağayev həbsxananın karantinindən çıxıb

Story Code : 722905
Seyid Elman Ağayev həbsxananın karantinindən çıxıb
İslamazeri.com-un əldə etdiyi məlumata görə, Nardaran işi üzrə üçüncü qrupun tərkibində mühakimə edilən bir qrup dindar 11 saylı CÇM-nə göndərilib.
Məlumata görə, ilahiyyatçı Seyid Elman Ağayev  və bir neçə dindar artıq 11 saylı CÇM-dəki karantindən çıxarılıb normal həbsxana şəraitinə buraxılıblar, hamısının səhhət və saxlanıldığı şəraitinin normal olduğu bildirilir.
Qeyd edək ki, Məhkəmənin hökmü ilə Nardaran işi üzrə üçüncü qrupa daxil olan -  Zülfüqar Mikayılov 17 il, Faiq Allahverdiyev 13 il, Əli Hüseynov 12 il 3 ay, Mehman Quliyev 13 il, Mehman Məmmədov 12 il 3 ay, Elman Ağayev 13 il, Eldar Bünyatov 12 il 3 ay, Elxan Həsənov 12 il 3 ay, Ruzi İsmayılov 15 il, Cabir Əliyev 14 il, Mübariz İbrahimov 13 il, Ramin Seyfullayev 13 il müddətinə azadlıqdan məhrum edilib.
 
Source : Nur-az.com
Comment