0
Monday 7 May 2018 - 19:45

Suriya ordusu Hacər Əl-Əsvəddə yeni əraziləri işğaldan azad etdi

Story Code : 722929
Suriya ordusu Hacər Əl-Əsvəddə yeni əraziləri işğaldan azad etdi
Deyerler.org xəbər verir ki, SANA-nın hərbi müxbiri ordunun Həcər Əl-Əsvədin şimal hissəsində Yərmuq yaxınlığında olan bir çox yaşayış məntəqəsi və baş prospektin girişində nəzarəti bərpa etdiklərini qeyd edib. Müxbir terrorçuların bölgədə hərəkət oxları və təchizat xətlərinin kəsildiyini qeyd edərək, onlarla terrorçunun sursatları və maşınları ilə birlikdə zərərsizləşdirildiyini bildirib.
 
Terrorçuların səngərlərinin məhv edilməsindən sonra, aralarında ixtilaflar baş verib və terrorçular kütləvi şəkildə münaqişələrdən qaçaraq, bölgənin daxilinə geri çəkiliblər. Müxbir Hacər Əl-Əsvədin Yərmuq ilə birləşdiyi əraziyə qaçan terrorçuların orada yenidən birləşməyə çalışdıqlarını deyib.
 
Source : Deyerler
Comment