QR CodeQR Code

Tramp Makrona İran ilə nüvə müqaviləsindən çıxacağını dedi

Deyerler , 9 May 2018 00:08

Islamtimes - ABŞ-ın prezidenti Donald Tramp fransalı həmkarı Emmanuel Makron ilə telefonla əlaqə saxlayıb.


Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Amerika mətbuatında gedən xəbərlərə görə, Tramp Makronla telefon danışığında İranla nüvə müqaviləsindən çıxmağı planlaşdırdığını deyib.
 
Tramp mayın 7-si Twitter-dən verdiyi açıqlamasında, məsələyə dair qərarını bu gün açıqlayacağını bildirmişdi.
 
İran prezidenti H.Ruhani ölkəsinə aid raketlərin müzakirə mövzusu edilməyəcəyini, ABŞ-ın nüvə müqaviləsindən çıxarsa peşman olacağını söyləmişdi.
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də, nüvə müqaviləsini yenidən müzakirə etməyəcəklərini demişdi.
 


Story Code: 723236

News Link :
https://www.islamtimes.org/az/news/723236/tramp-makrona-iran-ilə-nüvə-müqaviləsindən-çıxacağını-dedi

Islam Times
  https://www.islamtimes.org