0
Wednesday 9 May 2018 - 00:08

Tramp Makrona İran ilə nüvə müqaviləsindən çıxacağını dedi

Story Code : 723236
Tramp Makrona İran ilə nüvə müqaviləsindən çıxacağını dedi
Deyerler.org Reuters-ə istinadən xəbər verir ki, Amerika mətbuatında gedən xəbərlərə görə, Tramp Makronla telefon danışığında İranla nüvə müqaviləsindən çıxmağı planlaşdırdığını deyib.
 
Tramp mayın 7-si Twitter-dən verdiyi açıqlamasında, məsələyə dair qərarını bu gün açıqlayacağını bildirmişdi.
 
İran prezidenti H.Ruhani ölkəsinə aid raketlərin müzakirə mövzusu edilməyəcəyini, ABŞ-ın nüvə müqaviləsindən çıxarsa peşman olacağını söyləmişdi.
 
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif də, nüvə müqaviləsini yenidən müzakirə etməyəcəklərini demişdi.
 
Source : Deyerler
Comment