0
Monday 16 May 2011 - 16:31

Daha bir dindar tutulub

Story Code : 72335
Daha bir dindar tutulub
Daha bir dindar tutulub
May ayının 6-sı "Hicaba azadlıq" şüarı ilə keçirilən aksiyadan sonra ölkə boyu dindarların həbsləri hələdə davam etməkdədir.

Bu haqda məlumatı Azadxeber.az saytına Çingiz Novruzovun yaxınları məlumat verib.

Nərimanov Rayon Baş Polis İdarəsindən həbs edilən dindarın qohumlarına verilən məlumata görə, artıq Çingiz Novruzova cinayət işi açılıb.

Dindarın yaxınlarının verdiyi məlumata görə, onun hansı maddə ilə ittiham edildiyi haqda Nərimanov Rayon Baş Polis İdarəsi heç bir məlumat verilmir.

Qeyd edək ki, "Hicaba azadlıq" şüarı ilə keçirilən aksiyadan 7 gün sonra həbs edilən Çingiz Novruzov may ayının 13-ü saat 13-00 radələrindən etibarən Nərimanov Rayon Baş Polis İdarəsində saxlanılır.
Comment