QR CodeQR Code

SEPAH komandanı: "ABŞ bütün dünyaya etibarsız olduğunu bir daha sübut edib"

Apa , 9 May 2018 15:56

Islamtimes - İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) komandanı Məhəmməd Əli Cəfəri ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmasına münasibət bildirib.


APA-nın Tehran bürosunun məlumatına görə, o bildirib ki, Avropa müstəqil qərar qəbul etmək gücünə malik deyil.
 
"Nüvə sazişinin taleyi artıq məlumdur. Ölkənin tək inkişaf yolu daxili potensialdan istifadə etməkdir. ABŞ bir daha bütün dünyaya etibarsız olduğunu sübut etdi. Uranın zənginləşdirilməsi məsələsi ABŞ üçün bəhanə idi", - deyə M. Cəfəri vurğulayıb.
 
O qeyd edib ki, ABŞ-ın İranın nüvə proqramı ilə bağlı sazişdən çıxmasına ölkəsinin müdafiə gücü, bölgədəki fəaliyyəti və terrorizmlə mübarizədə nailiyyəti səbəb olub.
 


Story Code: 723415

News Link :
https://www.islamtimes.org/az/news/723415/sepah-komandanı-abş-bütün-dünyaya-etibarsız-olduğunu-bir-daha-sübut-edib

Islam Times
  https://www.islamtimes.org