QR CodeQR Code

Amerikadan Ərdoğana təpki

16 May 2011 19:06

IslamTimes - ABŞ Nümayəndələr Palatasının 36 üzvü Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məktub yazıb


Konqresmenlər məktubda Azad Qəzza Hərəkatı və Humanitar Yardım Vəqfinin hazırladığı Qəzzaya yardım karvanının yola çıxmamasını istəyiblər. Bu karvanın İsrailə yönəlik provakasiya təşəbbüsü olduğunu iddia edən konqresmenlər Qəzzaya qaçaq yolla keçirilən silahların təhlükə yaratdığını və İsrail hökumətinin xalqını qoruma haqqına sahib olduğunu bildiriblər. Karvan yola çıxacağı təqdirdə İsrailin gəmiləri durduraraq atəş açmaqdan başqa yolu qalmadığını bildirən konqresmenlər "yeni toqquşma yaranmasından narahatıq" deyiblər. Məktubda "ikinci bir yardım karvanı əzəvinə başqa bir alternativ tapılaraq insan həyatını xilas etmək və xüsusilə qarışıq bir dönəmdə bir sabitlik qüvvəsi olmaq fürsətiniz var" sözlərinə yer verilib. /HaqqYolu/


Story Code: 72351

News Link :
https://www.islamtimes.org/az/news/72351/amerikadan-ərdoğana-təpki

Islam Times
  https://www.islamtimes.org