0
Thursday 10 May 2018 - 12:51

İsrail ordusunun hansı hərbi obyektləri hədəfə alındı? - SİYAHI

Story Code : 723631
İsrail ordusunun hansı hərbi obyektləri hədəfə alındı? - SİYAHI
Xəbər verdiyimiz kimi  İsrail Ordusunun mətbuat xidmətinin məlumatına görə, İran Suriya ərazisindən 27 raket ilə (media raketlərin sayının 40-dan çox olduğunu bildirib) Qolan təpələrini hədəfə alıb.
İslamazeri.com xəbər verir ki, Livanın "Al Məyadeen" telekanalı və bəzi ərəb portalları İsrailin vurulan obyektlərinin siyahısını yayımlayıb.
Məlumata görə, vurulan hədəflər içində ən önəmlisi İsrail Ordusunun 9900 saylı elektron kəşfiyyat mərkəzinin vurulmasıdır.
Siyahı belədir:
1. İsrail Ordusunun 9900 saylı elektron kəşfiyyat mərkəzi
2. Hermon briqdasının ştabı
3. Vertolyot aerodromu
4. İki radioelektron mübarizə mərkəzi 
5. Zabitlər evi
6. Havadan Müdafiə Sistemi mərkəzlərindən biri
7. 810 saylı hərbi hissənin ştabı
8. Müxtəlif kəşfiyyat və dinləmə mərkəzləri
9. "Xüsusi qış bazarı"nın qərargahı
Daha öncə İsrail tərəfi 10 may gecə saatlarında baş vermiş hücum zamanı atılan raketlərin çoxunun "Dəmir dəbilqə" adlı İsrailin Havadan Müdafiə Sistemi tərəfindən vurulduğu bildirmişdi. İsrail Ordusunun müharibə şəraiti daxil olmaqla, hər bir KİV-ə senzura qoyma iznini nəzərə alsaq, İsrail mediasındakı xəbərlərin həqiqəti əks etdirmədiyi və ya həqiqətlərin böyük hissəsinin gizlədilməsi adi məsələdir.
İsrail mediası Suriyada 50 İran və Suriya Ordusuna aid obyektlərin vurulduğunu bildirsədə, onlara edilən hücumun təfərrüatları haqqqında məlumat verməkdən çəkinirlər. Çünki, kiçik əraziyə və müharibə şəraiti zamanı təşviş içindəki israillilər, ölkədəki durumu daxildən dağıda bilərlər.
 
Source : Islamazeri
Tagged
Suriya
Comment