QR CodeQR Code

İndoneziyada minlərlə insan Qüds və Fələstinə dəstək olaraq küçələrə çıxdı

Deyerler , 11 May 2018 23:38

İslamtimes - İndoneziya xalqı bu gün (11 may) cümə namazını qıldıqdan sonra işğal altında olan Qüdsə dəstək və ABŞ-ın prezidenti Donald Trampın Qüdsü sionist İsrail rejiminin paytaxtı kimi tanıması qərarını etiraz etmək üçün meydanlara axışıb.


Deyerler.org xəbər verir ki, böyük yürüş paytaxt Cakartanın məscidlərindən birində başlayıb və on minlərlə insan mitinqdə iştirak edib.
 
Yürüş İndoneziyadakı alimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və Beynəlxalq Müsəlman Alimlər Birliyinin Qüds Komissiyasının sədri Şeyx Əhməd Əl-Umarinin rəhbərliyi altında keçirilib.
 
Mitinq iştirakçıları Qüdsün müsəlmanların ikinci qibləsi olduğunu və əbədi olaraq Fələstinin paytaxtı kimi qalacağını bildiriblər.
 
Digər tərəfdən, İordaniya və Türkiyədə bu gün cümə namazından sonra bir çox şəhərdə “Böyük qayıdış yürüşü”nə dəstək və Qüdsə sahib çıxmaq üçün mitinq və yürüşlərin keçiriləcəyi qeyd olunub.
 


Story Code: 723931

News Link :
https://www.islamtimes.org/az/news/723931/indoneziyada-minlərlə-insan-qüds-və-fələstinə-dəstək-olaraq-küçələrə-çıxdı

Islam Times
  https://www.islamtimes.org