0
Saturday 12 May 2018 - 00:08

İrandan İsrailə sərt mesaj: Şəhərlərinizi yerlə bir edərik! - GENİŞ

Story Code : 723935
İrandan İsrailə sərt mesaj: Şəhərlərinizi yerlə bir edərik! - GENİŞ
İslamazeri.com İran mediasına istinadən xəbər verir ki, bu cümə Tehranın İmam cüməsi Ayətullah Əhməd Xatəmi olub. İranın Ekspertlər Məclisinin üzvü və paytaxt Tehranın imam-cüməsi Əhməd Hatəmi bəyan edib ki, əgər İsrail rejimi "ağılsızca" və "düşünülməmiş" bir şəkildə hərəkət edərsə, o zaman Tel-Əviv və Hayfa şəhərləri məhv ediləcək.
"Bizim nüvə bombası ilə bir işimiz yoxdur, lakin, əksinə, bizim siyasət - (düşmənin) qarşısının alınması siyasətidir. Bu istiqamətdə İranın raket qüdrəti günbəgün artmaqdadır ki, İsrail bu qüdrəti (görüb) "yata" bilməsin. Amma əgər İsrail düşünülməmiş addım atarsa, o zaman biz Tel-Əviv və Hayfa (şəhərlərini) yerlə bir edəcəyik.", - deyə o bildirib.
O ABŞ-ın nüvə anlaşmasından çıxmasına işarə edərək, ABŞ və Avropa Birliyinin hər ikisinin etibarsız olduğunu deyərək, Brüsselin sədaqətsizlikdə Vaşinqtondan heç də geri qalmadığını söyləyib.
Ayətullah Əhməd Xatəmi bu gün Tehranın cümə namazı xütbələrində İranın raket potensialının ABŞ və Avropa Birliyinə heç bir dəxli olmadığını deyib: "Əgər, Tehranın Avropa Birliyinə verdiyi bir neçə həftəlik fürsət ərzində İrana dəyən zərərlər kompensasiya edilməzsə, İran İslam Respublikası nüvə anlaşmasında qalmayacaq."
Ayətullah Xatəmi İran düşmənlərinin İslam İnqilabının qələbə çaldığı zamandan İran İslam Respublikası quruluşunu devirməyə çalışdıqlarını bildirib: "Düşmənlər İranın zəif olmasını istəyirlər və ABŞ prezidenti Donald Tramp və regionun bəzi zəlil ölkələri İranın güclü olmasından narahatdırlar."
İmam cümə İranın hərbi gücünün artıracağını və buna görə heç kəslə məsləhətləşməyəcəyini də qeyd edib.
"Əgər sionist rejim İrana qarşı axmaqlığa yol verərsə İran İslam Respublikası Təl-Əviv və Hayfanı yerlə yeksan edəcək. ABŞ və İsrailin regiondakı himayədarları Ərəbistan, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri də bilməlidirlər ki, əgər regionda İran əleyhinə hər hansı bir hadisə baş verərsə, onlar ABŞ-ın ilk qurbanları olacaqlar.", -deyə Ayətullah Xatəmi əlavə edib.
Tehranın müvəqqəti imam cüməsi həmçinin, Parlament seçkilərində qələbə çalması münasibəti ilə Livan Hizbullahını təbrik edib: "Bu seçkilər müqavimət cəbhəsi üçün böyük qələbə, Ərəbistan üçün isə ağır məğlubiyyət idi."
Ayətullah Xatəmi Suriya ordusunun İsrail rejiminin raket hücumlarını qətiyyətli formada cavablandırmasını da yüksək qiymətləndirib: "Suriyanın sionist rejimin cinayətlərinə cavabı son dərəcə şücaətli addım idi və sionist qəsəbələrin ruhlar qəsəbəsinə çevrilməsinə səbəb olub."
 
Source : İslamazeri
Comment