QR CodeQR Code

Laricani: “Bəhreyn xalqına zülmə son verilsin!”

islamtimes , 17 May 2011 00:27

Translator :

Islamtimes - İran spikeri bütün dünyaya səsləndi.


islamtimes.org/az/ - İslami Şura Məclisi rəhbəri Laricani, dünya məclis spikerlərinə yazdığı məktubda, Bəhreyndə müsəlmanlara qarşı insanlıqdan kənar hərəkətlərə maneə törədilməsini istədi.

Laricani, Bəhreyn xalqının öz ölkələrində demokratik və xalqın seçimi ilə iş başına gələn iqtidar istəyərkən, bu tələbi sülhsevər bir şəkildə gündəmə gətirdiyini vurğuladı.

Bəhreyndə əcnəbi qüvvələrin müxtəlif cinayətlər həyata keçirdiyini və bu ölkədə insan haqqları posulmasını və yaşanan dəhşətli vəziyyətdən dərin təəssüf hissi keçirdiyini bildirən Laricani, dünya məclislərinin Bəhreyn xalqına qarşı zülm edilməsinə reaksiya verməsi və bu insanlıqdan kənar tətbiqlərin dayandırılması üçün səy göstərməsinin vacib olduğunu deyib..


Story Code: 72410

News Link :
https://www.islamtimes.org/az/news/72410/laricani-bəhreyn-xalqına-zülmə-son-verilsin

Islam Times
  https://www.islamtimes.org