0
Saturday 12 May 2018 - 16:28

Fələstində daha 1 nəfər şəhid oldu, 731 nəfər də yaralandı

Story Code : 724100
Fələstində daha 1 nəfər şəhid oldu, 731 nəfər də yaralandı
Deyerler.org Palinfo-ya istinadən xəbər verir ki, Fələstin Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf Əl-Kudra yazılı açıqlama verərək, Xan Yunis şəhərindəki sərhəd bölgəsində İsrail rejiminin əsgərlərinin açdığı atəş nəticəsində sinəsindən vurulan 40 yaşlı Caber Səlim Əbu Mustafanın həlak olduğunu bildirib.
 
Sionist əsgərlərin müdaxiləsində 10-u ağır olmaqla 731 fələstinlinin yaralandığını, 146 nəfərin həqiqi gülləyilə vurulduğunu deyən Kudra, yaralılardan 305-nin xəstəxanalarda müalicəyə alındığını, 426 nəfərin isə müalicələrinin sərhəd bölgələrində qurulan səhiyyə məntəqələrində edildiyini bildirib.
 
 
Mayın 11-i sərhəddə baş verən aksiyalarda 38 uşaq, 12 qadın və 4 jurnalist də yaralanıb.
 
Source : Deyerler
Comment