QR CodeQR Code

Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinin rəhbəri istefa verib

Islamazeri , 12 May 2018 16:37

İslamtimes - Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktorunun müavini, təşkilatın müfəttişlərinin rəhbəri Tero Varyoranta cümə günü istefa verib.


“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İAEA-nın rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.
Tero Varyorantanın İAEA Katibliyinin Zəmanət Departamentinin rəhbəri postundan gedişinin səbəbləri açıqlanmır.
Lakin "Reuters" qeyd edir ki, onun istefa xəbəri ABŞ prezidenti Donald Trampın ölkəsinin İranla nüvə sövdələşməsindən çıxmaq barədə qərarından tez bir zaman sonra elan edilib.
Tero Varyoranta İAEA-nın təftiş heyətinin rəhbəri qismində Tehranda səfərdə olub.
"Tero Varyoranta mayın 11-dən istefaya gedib", - deyə agentlik İAEA-nın rəsmi nümayəndəsinin sözlərini sitat gətirir.
Agentliyin məlumatına görə, təşkilatın baş direktoru Yukiya Amano İran üzrə Yoxlamalar İdarəsinin rəhbəri vəzifələrinin icraçısı Massimo Aparonu özünə müavin və Zəmanət Departamenti rəhbərinin vəzifələrinin icraçısı təyin edib.
 


Story Code: 724105

News Link :
https://www.islamtimes.org/az/news/724105/beynəlxalq-atom-enerjisi-agentliyi-müfəttişlərinin-rəhbəri-istefa-verib

Islam Times
  https://www.islamtimes.org