0
Sunday 13 May 2018 - 16:41

ABŞ-ın hərbi attaşesinə Pakistanı tərk etməyə imkan verilməyib

Story Code : 724390
ABŞ-ın hərbi attaşesinə Pakistanı tərk etməyə imkan verilməyib
"Report" xəbər verir ki, bu barədə "Tribune" qəzeti məlumat yayıb.
Mayın 12-də ABŞ-ın Hərbi Hava Qüvvələrinə məxsus C-130 təyyarəsi İslamabad yaxınlığındakı "Nur Xan" hərbi bazasına eniş edərək, Birləşmiş Ştatların Pakistandakı səfirliyinin hərbi attaşesini aparmaq istəyib. Lakin hərbi bazaya gələn diplomat gedişöncəsi prosedurları keçə bilməyib və İslam Respublikasında qalıb. Nəşr bildirib ki, sərhəd nəzarətinin əməkdaşı ölkənin Daxili İşlər Nazirliyinə sorğu göndərib. Bundan sonra hərbi attaşenin Pakistanı tərk etməsindən imtina olunub.
Yol qəzası aprelin 7-də, İslamabadda baş verib. ABŞ-ın İslamabaddakı səfirliyinin hərbi attaşesinin idarə etdiyi "Toyota Land Cruiser" motosikletlə toqquşub. Nəticədə motosikletin sürücüsü Atik Bakir hadisə yerində ölüb
 
Source : Deyerler
Tagged
pakistan abş
Comment