QR CodeQR Code

İndoneziyada kilsələrdə partlayışlar zamanı ölənlərin sayı 9 nəfərə çatıb

Apa , 13 May 2018 16:44

İslamtimes - İndoneziyada kilsələrdə partlayışlar zamanı ölənlərin sayı 9 nəfərə çatıb


İndoneziyanın Yava adasında yerləşən kilsələrdə törədilən partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 40 nəfər yaralanıb.
 
Bu barədə İndoneziyanın "Globe" qəzeti məlumat yayıb.
 
Birinci partlayış yerli vaxtla səhər saat 07.15 radələrində Surabaya şəhərindəki “Müqəddəs Məryəm” katolik kilsəsinin yaxınlığında törədilib. Daha sonra 5 dəqiqə intervalla iki partlayış olub. İkinci partlayış Calan Diponeqoro şəhərindəki protestant kilsəsində, üçüncü partlayış Arcuno şəhərindəki kilsədə törədilib.
 
Kilsələrə hücum edənlər terrorçular dindarlar kimi geyinib və kilsələrdə dini ayin zamanı üzərlərindəki partlayıcı qurğunu işə salıblar.
 


Story Code: 724392

News Link :
https://www.islamtimes.org/az/news/724392/indoneziyada-kilsələrdə-partlayışlar-zamanı-ölənlərin-sayı-9-nəfərə-çatıb

Islam Times
  https://www.islamtimes.org