0
Sunday 13 May 2018 - 17:33

Türkiyədə AKP müxalifi olan ilahiyyatçının bir neçə gün əvvəl tutulan tərəfdarlarına hökm oxundu

Story Code : 724399
Türkiyədə AKP müxalifi olan ilahiyyatçının bir neçə gün əvvəl tutulan tərəfdarlarına hökm oxundu
slamazeri.com xəbər verir ki, 3 ay əvvəl həbs olunan çıxışları ilə höküməti hədəfə alan ilahiyyatçı Alparslan Kuytulun sədri olduğu Furqan vəqfinin 5 üzvü haqqında məhkəmə həbs qətiamkan tədbiri seçib. Məhkəmə dünən axşam saatlarında qərarını açıqlayıb.
May ayının 7-də polis əməliyyatı ilə 22 nəfər Furqan vəqfinin üzvü həbs edilmiş və barəlrində müxtəlif ittihamlar səslənmişdi. Dünənki məhkəmə isə, 17 nəfəri azad edib, 5 nəfər haqqında qərar verib.
Qərarın açıqlanması üçün yüzlərlə Kuytul tərəfdarı məhkəmə önündə cəm olmuşdular.
Qeyd edək ki, Alparslan Kuytul və bir neçə tərəfdarı Alparslan Kuytul "vəqf, icma fəaliyyəti adı altında təsis etmə hədəflərinə zidd, Konstutusiyaya qarşı fikir və hərəkət birliyi içində addım ataraq ictimai təhlükəsizliyə qarşı fəaliyyət etmək və cinayətkar qruplaşma" ittihamı ilə məhkəmə qarşısına çıxarılmış və məhkəmə tərəfindən bütün təşkilat üzvləri haqqında həbs-qətiimkan tədbiri seçilməsi haqqında hökm oxunmuşdu.
Sabah saatlerinden bu yana Adana Adliyesi önünde çevreye hiçbir rahatsızlık vermeden bekleyen Furkan Gönüllüleri mahkeme kararının açıklanması ile yine aynı şekilde alandan sessizce ayrıldılar. #AdaletsizÜlkem pic.twitter.com/JbC7so94CJ
— Furkan Vakfı (@furkanvakfi) 12 Mayıs 2018
Alparslan Kuytul kimdir?
 Alparslan Kuytul 1965-ci ildə Adanada, Karataş rayonunda dünyaya gəlib. İbtidai təhsilini, həmçinin orta məktəbi orada oxuyub.
1991-ci ildə Çukurova Universitetinin Memarlıq-Mühəndislik fəkultəsinin İnşaat mühəndisliyi bölümündən məzun olub. 1993-1997-ci illlər arasında Misirin "Əl Əzhər" universitetinin Şəriət fəkultəsinin İslam Hüququ ixtisasında oxuyub. Əl Əzhər Universitetini 1997-ci ildə bitirib ölkəsinə dönüb. "Əl Əzhər"də oxuduğu zaman "Furqan" təşkilatını yaradır. Hazırda o hərəkatın mənəvi lideridir. 
"Furqan Təhsil və Xidmət Vəqfi" Türkiyədə bir ildə 200 mindən çox insanın iştirak etdiyi 100-dən çox konfrans və tədbir təşkil etmişdir. İnternet üzərindən sosial şəbəkə və saytlar vasitəsilə videomüraciət və təfsir dərsləri xüsusilə Adanadakı tərəfdarlarının diqqətini çəkməkdədir. "Furqan Nəsli Jurnalı"nın baş yazarıdır.
zərbaycanda da tərəfdarları olan Alparslan Kuytul Türkiyə cameəsində tanınan ilahiyyatçılardan, AKP hökümətinə qarşı sərt çıxışları ilə yadda qalmışdır.
Məsələn 15 iyul çevrilişlərindən öncə Kuytulun bu açıqlamaları diqqət çəkir:
"Mən burdan xəbərdarlıq edirəm, işləri çoxdur deyə diqqət etmirlər ola bilər. Mən burdan Tayyib Ərdoğan və AKP-yə xəbərdarlıq edirəm. Bütün nə qədər şərəfi varsa əlindən alırlar. Hicab məsələsini belə, təkrar geri apara bilərlər (qadağa qüvvəyə girə bilər). Bunun mənası budur; Tayyib Ərdoğanın qələmi qırılmışdır. Yaxında işi bitəcəkdir. İşi bitirildiyi zaman ona kimsənin yazığı gəlməməsi üçün ona verilən bütün şərəflərin alınması lazımdır. İşləri bitiriləcək və sevənləri qalmayacaq. Bu dövrə girdik, mənə qulaq asarlarla onların xeyrinədir, qulaq asmazlarsa özləri bilər." 
Səudiyyə ilə ABŞ arasında 110 milyardlıq silah satışı sazişinə də münasibət bildirmişdi: "110 milyardlıq silah sazişi bağladılar. Dəhşətli rəqəmdir. Amerika 3 nəsil əvvəlki geridə qalan silahlarını Səudiyyəyə satır. Müsəlmanların puluna belə yyiyələnir. Buna görə də Ərəbistan krallarını taxtında saxlayır. Amerika istədiyi yerdə xalqı küçələrə tökür, burada etmir. Niyə? Çünki Ərəbistan kralı ilə araları yaxşıdır. Suriyada, İraqda edir. Təkcə bu ölkələrdəmi diktatorluq var? Səud kralı diktator deyilmi?İordaniyanın kralı kral deyilmi? Səudiyyənin kralı kral deyilmi? Budur ki, ABŞ-ın demokratiya dərdi yoxdur. Bu qədər silah İranla başladılması istənilən müharibə üçündür. Şiə - sünni müharibəsi başlatmaq istəyirlər. Allah bunların planlarını başlarına vursun. 110 milyardlıq silahlı neynirsən?"
2012-ci ildə ona şiə sünni məsələsilə bağlı suala o "Bu məsələni anlada bilərəm. Fəqət bu gün o məsələlərin müzakirə mövzusu deyildir. Çünki, ABŞ-ın stradegiyası da şiə ilə sünninin başını bir birinə qatıb, fitnə çıxarmaqdır", -deyə qeyd etmişdi. 2016-cı ildə yenə şiə sünni ixtilafı yaratmaq üçün ona verilən "Şiələr Hz.Aişəyə zina iftirası edərlərsə kafir olarlarmı?" sualına - "Şiələrin böyük çoxluğu bunu qəbul etmirlər. Əgər məzhəbindən və kimliyindən asılı olmayaraq Hz.Aişəyə zina nisbəti edərsə o kafir sayılar." , - deyə cavab verib.
Xatırladaq ki, Kuytul Ərdoğanın siyasətini tənqid edən yeganə sünni alimlərdən sayılır. O sünni-şi müharibsinin yaradılmasına qarşı çıxmış, hökümətyönlü medianın iddiasına görə, Afrin əməliyyatlarını da tənqid etmişdi. Lakin yayılmış videoda onun Afrin əməliyyatlarının şişirdilməsinə qarşı çıxdığını bildirib.
Kuytul açıqlamasında "Bu məsələ elə şişirdilir ki, sanki Romanı fəth etməyə gedirik. Orada nə qədər adam varki? Bir neçə minlik ordu var. Sanki yüz minlik ordu ilə döyüşməyə gedirik.", - deyə qeyd etmişdi.
 
Source : Islamazeri
Tagged
türkiyə
Comment