0
Tuesday 15 May 2018 - 00:21

Mahmud Abbas Fələstində 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edib

Story Code : 724770
Mahmud Abbas Fələstində 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edib
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.
 
Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümummilli tətilin başlanmasını elan edib.
 
Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.
 
Source : Apa
Tagged
fələstin
Comment