QR CodeQR Code

Mahmud Abbas Fələstində 3 günlük matəm və ümummilli tətilin başlanmasını elan edib

Apa , 15 May 2018 00:21

Islamtimes - Fələstin rəhbəri Mahmud Abbas İsrail hərbçiləri ilə qarşıdurmada ölən fələstinlilərin xatirəsinə üç günlük matəm elan edib.


APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu M.Abbas televiziya ilə xalqa müraciətində bəyan edib.
 
Fələstin rəhbəri həmçinin "Ən-Nəkba" (Böyük Fəlakət) gününün 70 illiyi ilə əlaqədar ümummilli tətilin başlanmasını elan edib.
 
Qeyd edək ki, son məlumatlara əsasən bu gün Qəzzada fələstinli etirazçılarla İsrail hüquq-mühafizə orqanları arasında toqquşmalarda ölənlərin sayı 52-yə yüksəlib, 2410 nəfər yaralanıb.
 


Story Code: 724770

News Link :
https://www.islamtimes.org/az/news/724770/mahmud-abbas-fələstində-3-günlük-matəm-və-ümummilli-tətilin-başlanmasını-elan-edib

Islam Times
  https://www.islamtimes.org