0
Tuesday 15 May 2018 - 00:35

İslam ölkələri Parlamentlərarası Birliyi Fələstinlə bağlı fövqəladə iclas keçirib

Story Code : 724774
İslam ölkələri Parlamentlərarası Birliyi Fələstinlə bağlı fövqəladə iclas keçirib
İslam ölkələri Parlamentlərarası Birliyinin Fələstin daimi komitəsi Fələstindəki mövcud vəziyyətlə bağlı fövqəladə iclas keçirib.
 
APA-nın Tehran bürosunun məlumatına görə, ABŞ-ın öz səfirliyini Qüds (Yerusəlim) şəhərinə köçürməsi ilə bağlı atdığı addımın ardınca bu gün İslam ölkələri Parlamentlərarası Birliyi Fələstin Daimi Komitəsinin fövqəladə iclası 20 ölkənin iştirakı ilə Tehranda baş tutub.
 
Toplantıda çıxış edən İran parlamentinin spikeri Əli Laricani ABŞ-ın bu addımını kəskin pisləyib. O bildirib ki, ABŞ-ın bu qərarının əleyhinə çıxmaq və Qüdsün Fələstinin paytaxtı kimi tanınması üçün xüsusi tədbirlər görmək lazımdır: “Sionist rejimin hərəkətləri regionda və dünyada qeyri-sabitlik və gərginliyə səbəb olur. ABŞ heç bir öhdəliyini yerinə yetirmir, necə ki, bir gün Paris razılaşmasını tapdaladı, bir gün Çinlə olan gömrük  tarifləri ilə olan razılaşmaları görməzdən gəldi və sonuncu dəfə İran və “altılıq” ölkələri arasındakı razılaşmadan çıxdı. Bu hərəkətlər göstərir ki, ABŞ heç bir öhdəliyinə sadiq deyil”.
Source : Apa
Comment