0
Tuesday 15 May 2018 - 00:38

Cənubi Afrika Respublikası Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb

Story Code : 724775
Cənubi Afrika Respublikası Qəzzadakı hadisələrə görə İsraildəki səfirini geri çağırıb
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu CAR-ın Beynəlxalq münasibətlər və əməkdaşlıq nazirliyinin nümayəndəsi Nvidxuvo Mabaya bəyan edib.
 
“İsrailin son hücumlarının ciddiliyini nəzərə alaraq CAR İsraildəki səfirini təcili geri çağırmağı qərara alıb”, deyə nazirliyin rəsmisi qeyd edib.
 
O əlavə edib ki, CAR hökuməti İsrail silahlı qüvvələri tərəfindən Qəzza zolağında həyata keçirilən qəddar təcavüz aktını ən qəti şəkildə pisləyir.
 
Source : Deyerler
Comment