QR CodeQR Code

Sionist generaldan etiraf: 2 milyondan çox israilli İran raketlərindən müdafiəsizdir

İslamazeri , 15 May 2018 23:08

İslamtimes - Sosial mediada bu xəbər ciddi narahatlıq və ruhdən düşmə yaradıb.


İslamazeri.com xəbər verir ki, İsrailin Logistik Xidmətin rəhbəri İsrailliləri narahat edən açıqlama verib. General mayor Tamir Yadai çərşənbə axşamı verdiyi açıqlamada israillilərin İran (Livan, Suriya) raketlərindən kifayət qədər müdafiə olunmayacağını etiraf edib.
Bu haqda İsrail mediasının yazmasına icazə verilib. Sosial mediada bu xəbər ciddi narahatlıq və ruhdən düşmə yaradıb.
Məlumata görə, söhbət 700 min mənzildən gedir ki, bu cür mənzillərin müdafiə otağı və sığınacağı yoxdur. İsrail parlamentində açıqlama verən Yadai həmçinin etiraf edib ki, ölkədəki sığınacaqların 1/3-i istifadəyə yararsızdır.

Generalın hesabatına görə, strateji əhəmiyyətə malik olan 40-50 obyekt lazım olan müdafiə sistemlərilə təchiz olunmayıb.
Qaliley və Qolan yüksəkliklərinin bələdiyyə rəhbərləri İsrail baş nazirinə təcili olaraq bu iki bölgədə beşillik sığınacaqların tikilməsi üçün addım atması üçün müraciət ediblər. Məktubda qeyd edilir ki, sığınacaqlar nəinki mülkü evlərdə, hətta məktəb, xəstəxana, uşaq bağçası və digər binalarda da yararsız haldadır  və ya yoxdur.

İsrail mediası bəzi şəhərlərin raket hücumlarına hazır olduğunu bildirsədə, Livan Hizbullahının yüz mindən çox raketlərinin İsraildə hansı fəsadlar yaratma ehtimalı haqda yazmaq istəməyiblər.

 


Story Code: 725017

News Link :
https://www.islamtimes.org/az/news/725017/sionist-generaldan-etiraf-2-milyondan-çox-israilli-iran-raketlərindən-müdafiəsizdir

Islam Times
  https://www.islamtimes.org