QR CodeQR Code

Türkiyə İsrail səfirindən ölkəni tərk etməyi tələb edib

İslamazeri , 15 May 2018 23:11

İslamtimes - İsrailin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.


İsrailin Ankaradakı səfiri Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağrılıb.
Trend-in məlumatına görə, İsrail səfirindən Türkiyəni tərk etmək tələb olunub.
Xatırladaq ki, bu gün Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.
Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Ötən gün İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Son məlumata görə, qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.
 


Story Code: 725018

News Link :
https://www.islamtimes.org/az/news/725018/türkiyə-israil-səfirindən-ölkəni-tərk-etməyi-tələb-edib

Islam Times
  https://www.islamtimes.org