QR CodeQR Code

Taleh Bağırzadə: “Düşmənçiliyə son qoyun…”

Nur.az.com , 18 May 2018 01:19

İslamtimes - Ailə üzvləri ilə söhbətində belə, həbsxananın əməkdaşları danışıqlara qulaq asırlar.


Qobustan həbsxanasında saxlanılan ilahiyyatçı Taleh Bağırzadəyə qarşı təzyiqlərin daha bir dalğası başlayıb. Bu barədə ilahiyyatçı özü bildirib.

Taleh Bağırzadənin sözlərinə görə, bir müddətdir ki, ona ailə üzvlərinin yaşadığı evdən başqa heç bir telefon nömrəsinə zəng eləməyə icazə verilmir. Bu azmış kimi, üstəlik, bütün danışıqları dinlənilir. Ailə üzvləri ilə söhbətində belə, həbsxananın əməkdaşları danışıqlara qulaq asırlar.

“Bu təzyiqlərin mənbəyi Prezident Aparatıdır. Oradan verilmiş xüsusi göstəriş əsasında bizə təzyiq olunur.Telefonla danışığıma qanunsuz müdaxilələr, danışıqların dinlənilməsi, dini ayinlərin icrasına maneələr… Bütün bunları nəzərə alıb çağırış edirəm ki, hakimiyyətin bizə qarşı başlatdığı xüsusi düşmənçiliyə son qoyulsun!”, – Taleh Bağırzadə yaydığı açıqlamada bildirir.


Story Code: 725495

News Link :
https://www.islamtimes.org/az/news/725495/taleh-bağırzadə-düşmənçiliyə-son-qoyun

Islam Times
  https://www.islamtimes.org