QR CodeQR Code

İŞİD Qroznıda kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb

Apa , 21 May 2018 01:52

İslamtimes - İŞİD terror qruplaşması Qroznı şəhərinin mərkəzindəki kilsəyə silahlı hücuma görə məsuliyyəti öz üzərinə götürüb.


APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, bu barədə qruplaşmanın yaydığı bəyanatda bildirilir.
 
Qeyd edək ki, mayın 19-da 4 silahlı şəxs dindarları girov götürmək məqsədilə Qroznının mərkəzindəki kilsəyə hücum ediblər. Xüsusi əməliyyat nəticəsində silahlılar məhv edilib. Əməliyyat zamanı 2 polis əməkdaşı və bir dindar həlak olub, daha 2 polis yaralanıb.


Story Code: 726199

News Link :
https://www.islamtimes.org/az/news/726199/işid-qroznıda-kilsəyə-silahlı-hücuma-görə-məsuliyyəti-öz-üzərinə-götürüb

Islam Times
  https://www.islamtimes.org