QR CodeQR Code

İsrail rejimi Qolan təpələrində Suriyaya qarşı tanklarla hücum etdi

Deyerler , 21 May 2018 17:52

Islamtimes - Sionist İsrail rejimi işğal etdiyi Qolan təpələrində yerləşdirdiyi tanklarla Suriyanın cənubundakı bəzi yerləri atəşə tutub.


Deyerler.org Təsnimə istinadən xəbər verir ki, suriyalı yerli mənbələrin bildirdiyinə görə, İsrail rejiminin tankları Kuneytranın Əl-Hamur kəndini hədəfə alıblar.
 
Digər tərəfdən, mənbələr Suriyanın şərqindəki Deyr Əz-Zor hərbi hava limanında partlayışların baş verdiyini bildiriblər.
 
Mənbələr Əl-Hamur kəndində Hizbullaha aid yerlərin vurulduğunu bildirsə də, Deyr Əz-Zor hərbi hava limanında baş verən partlayışlarla bağlı heç bir məlumat verməyiblər.
 
 
Hər iki hadisə ilə bağlı Suriya və İsrail rejimi tərəfindən heç bir açıqlama verilməyib.
 


Story Code: 726386

News Link :
https://www.islamtimes.org/az/news/726386/israil-rejimi-qolan-təpələrində-suriyaya-qarşı-tanklarla-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org