QR CodeQR Code

ABŞ Konqresi İsrail rejiminin Qolanı işğal etdiyini tanımağa çalışır

Deyerler , 21 May 2018 17:55

İslamtimes - ABŞ Konqresinin sionist İsrail rejiminin işğal etdiyi Qolan təpələri üzərindəki işğalını tanıyacaq layihəni müzakirə edəcəyi bildirilir.


Deyerler.org PressTV-yə istinadən xəbər verir ki, İsrail rejimi 1967-ci il müharibəsində Suriyaya aid Qolan təpələrində 1200 kilometrlik bir ərazini işğal edib və 1981-ci ildə isə bu ərazini işğal edilmiş torpaqlarına ilhaq edib.
 
Beynəlxalq cəmiyyət indiyə qədər Qolan təpələrinin bu hissəsinin işğal torpaqlarına əlavə edilməsini tanımayıb.
 
İsrail rejiminin Kanal 7 televiziyasının xəbərinə görə, amerikalı konqresmen Ron Desantis İsrail rejiminin işğalı altındakı Qolan üzərindəki suverenliyini tanıyacaq layihəni Konqresə təqdim edib.
 
İsrail rejiminin daxili təhlükəsizlik naziri Qilad Erdan əvvəllər verdiyi açıqlamasında, ABŞ-ın prezidenti Donald Trampın prezidentliyi dövründə işğal altındakı Qolanın İsrail rejiminə birləşdirilməsi üçün istifadə edilməsini istəmişdi.
 


Story Code: 726387

News Link :
https://www.islamtimes.org/az/news/726387/abş-konqresi-israil-rejiminin-qolanı-işğal-etdiyini-tanımağa-çalışır

Islam Times
  https://www.islamtimes.org