0
Wednesday 23 May 2018 - 00:23

İranın Bağdad səfiri: “İran və Muqtəda Əs-Sədr arasında dost münasibətlər var”

Story Code : 726706
İranın Bağdad səfiri: “İran və Muqtəda Əs-Sədr arasında dost münasibətlər var”
Deyerler.org xəbər verir ki, İ.Məscidi İRNA-ya verdiyi açıqlamasında, İran və Seyid Muqtəda Əs-Sədr arasında ixtilaf olması istiqamətində ortaya atılan iddiaları təkzib edib.
 
Səfir İraqın 4-cü parlament seçkilərində Sairun koalisiyanın qələbəsini təbrik edərək, belə deyib: “Sədr, bizim dost və qonşu İraqda sevgili və təsirli qardaşlarımızdandır”.
 
İran və M.Sədr arasındakı hərəkatın tarixi və köklü əlaqəsinin olduğunu qeyd edən İ.Məscidi, İranın Şəhid Seyid Muhəmməd və Seyid Muhəmməd Sadiq (əmi və ata) ilə də dərin əlaqələrə malik olduğunu deyib.
 
İran rəsmilərinin M.Sədr ilə münasibətlərinin dostluq və qardaşlıq səviyyəsində olduğunu deyən İ.Məscidi, belə davam edib: “Bildiyim qədəri ilə general Süleymani daxil olmaqla bir çox İran rəsmisi Muqtəda Sədri sevirlər”.
 
İ.Məscidi sözlərinin davamında isə bunları qeyd edib: “İran İraq xalqının Parlament seçkilərindəki iradəsini dəstəkləyir və bütün seçilənləri təbrik edir. İran İraq Parlament seçkilərində qalib olan bütün qruplarla konstruktiv əlaqələrə malikdir və onların hamısı bizim qardaşlarımızdır”.
 
Source : Deyerler
Tagged
Iran bağdad
Comment