QR CodeQR Code

İranın Bağdad səfiri: “İran və Muqtəda Əs-Sədr arasında dost münasibətlər var”

Deyerler , 23 May 2018 00:23

Islamtimes - İranın Bağdaddakı səfiri İraj Məscidi İran rəsmiləri və Seyid Muqtəda Əs-Sədr arasında münasibətlərin dostluq və qardaşlıq səviyyəsində olduğunu deyib.


Deyerler.org xəbər verir ki, İ.Məscidi İRNA-ya verdiyi açıqlamasında, İran və Seyid Muqtəda Əs-Sədr arasında ixtilaf olması istiqamətində ortaya atılan iddiaları təkzib edib.
 
Səfir İraqın 4-cü parlament seçkilərində Sairun koalisiyanın qələbəsini təbrik edərək, belə deyib: “Sədr, bizim dost və qonşu İraqda sevgili və təsirli qardaşlarımızdandır”.
 
İran və M.Sədr arasındakı hərəkatın tarixi və köklü əlaqəsinin olduğunu qeyd edən İ.Məscidi, İranın Şəhid Seyid Muhəmməd və Seyid Muhəmməd Sadiq (əmi və ata) ilə də dərin əlaqələrə malik olduğunu deyib.
 
İran rəsmilərinin M.Sədr ilə münasibətlərinin dostluq və qardaşlıq səviyyəsində olduğunu deyən İ.Məscidi, belə davam edib: “Bildiyim qədəri ilə general Süleymani daxil olmaqla bir çox İran rəsmisi Muqtəda Sədri sevirlər”.
 
İ.Məscidi sözlərinin davamında isə bunları qeyd edib: “İran İraq xalqının Parlament seçkilərindəki iradəsini dəstəkləyir və bütün seçilənləri təbrik edir. İran İraq Parlament seçkilərində qalib olan bütün qruplarla konstruktiv əlaqələrə malikdir və onların hamısı bizim qardaşlarımızdır”.
 


Story Code: 726706

News Link :
https://www.islamtimes.org/az/news/726706/iranın-bağdad-səfiri-iran-və-muqtəda-əs-sədr-arasında-dost-münasibətlər-var

Islam Times
  https://www.islamtimes.org