QR CodeQR Code

Şahzadədən çağırış: Kral Salmanı devirin!

Nur.az.com , 23 May 2018 00:54

Islamtimes - Səudiyyə Ərəbistanının müxalif şahzadələrindən olan Xalid bin Fərhan Bin Əbdüləziz “Middle East Eye” qəzetinə verdiyi mühasibəsində Kral Salmanın devrilməsi üçün əmilərinə çağırış edib.


Fərhan Kral Salmanın tez bir zamanda taxtdan endirilməsini və hakimiyyətin əmilərinə keçməsinin vacibliyini bildirib.

“İqtidardakı ailə daxilində böyük qəzəb var. Bu mənada təhsil və mədəniyyətdə ali məlumatlara malik olan əmilərim Əhməd bin Əbdülzəziz əs-Səud və Mukrin bin Əbduləzizi vəzifəyə dəvət edirəm. Çünki əmilərim ölkənin gedişatına müsbət yöndə dəyişdirəcək bilik və qabiliyyətə malikdirlər”, - deyə Fərhan Əbdüləziz bildirib.

Şahzadə onu əlavə edib ki, Səudiyyədə baş verəcək inqilaba şəxsən özü, eləcə də ordu dəstək verməyə hazırdır.


Story Code: 726709

News Link :
https://www.islamtimes.org/az/news/726709/şahzadədən-çağırış-kral-salmanı-devirin

Islam Times
  https://www.islamtimes.org