Qüds Günü beynəlxalq və regional müstəvidə qeyd olunmalıdır.
Islamtimes , 27 May 2018 00:13
İslamtimes - İran Müqaviməti dəstəklədiyi üçün ABŞ-ın təzyiqlərinə hədəf olub
Livan Hizbullah Hərəkatının baş katibi Müqavimət bayramı və Livanın cənubunun azad olunmasının ildönümü münasibətilə çıxış edib. Seyid Həsən Nəsrullah öz çıxışında deyib:
Qüdsdə son durum və Trampın bu şəhərlə bağlı qərarından dolayı Qüds Günü beynəlxalq və regional müstəvidə qeyd olunmalıdır.
Müqavimətin qələbəsinin 18-ci ildönümü istər bəşəri, istər milli baxımdan Livanda və ərəb dünyasında mühüm hadisədir.
Bu nailiyyətin əldə olunmasında müqaviməti dəstəkləyənləri, o cümlədən İran və Suriyanı yada salmağın yeri var. Bu dəstək bütün dünyanın Livana arxa çevirdiyi zamanda gerçəkləşib. İran Müqaviməti dəstəklədiyi üçün ABŞ-ın təzyiqlərinə hədəf olub
Bu qələbədən sonra Livanın cənub bölgəsinin sakinləri izzət və kəramətlə öz yurdlarına, evlərinə qayıtdı.
Amerika və Fars Körfəzi Əməkdaşlıq Şurasının Hizbullaha qarşı sanksiyaları yeni hadisə deyil. Amma sanksiyalar təsirsiz olacaq. Çünki Hizbullahın bankda pulu yoxdur.
Story Code: 727523