0
Sunday 27 May 2018 - 00:13

Qüds Günü beynəlxalq və regional müstəvidə qeyd olunmalıdır.

Story Code : 727523
Seyid Həsən Nəsrullah
Seyid Həsən Nəsrullah
Livan Hizbullah Hərəkatının  baş katibi Müqavimət bayramı və Livanın cənubunun azad olunmasının ildönümü münasibətilə çıxış edib. Seyid Həsən Nəsrullah öz çıxışında deyib:
Qüdsdə son durum və Trampın bu şəhərlə bağlı  qərarından dolayı Qüds Günü beynəlxalq və regional müstəvidə qeyd olunmalıdır.
Müqavimətin qələbəsinin 18-ci ildönümü istər bəşəri, istər milli baxımdan Livanda və ərəb dünyasında mühüm hadisədir.  
Bu nailiyyətin əldə olunmasında müqaviməti dəstəkləyənləri, o cümlədən İran və Suriyanı yada salmağın yeri var. Bu dəstək bütün dünyanın Livana arxa çevirdiyi zamanda gerçəkləşib. İran Müqaviməti dəstəklədiyi üçün ABŞ-ın təzyiqlərinə hədəf olub
Bu qələbədən sonra Livanın cənub bölgəsinin  sakinləri  izzət və kəramətlə öz yurdlarına, evlərinə qayıtdı.
Amerika və Fars Körfəzi Əməkdaşlıq Şurasının Hizbullaha qarşı sanksiyaları yeni hadisə deyil. Amma sanksiyalar təsirsiz olacaq. Çünki Hizbullahın bankda pulu yoxdur.
Source : Islamtimes
Tagged
hizbullah
Comment